ABŞ prezidenti Barak Obama zəngin karbohidrogen ehtiyatları olan Berinq dənizinin Bristol körfəzində neft hasilatının qadağan edilməsi barədə göstəriş verəcək.
Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu barədə Ağ Evin mətbuat xidmətinin saytında yerləşdirilən videomüraciətdə bildirilib.
Obama vurğulayıb ki, Bristol körfəzi ABŞ-ın ən böyük təbii resursları olan bölgələrindən biridir və böyük iqtisadi mühərrik yalnız Alyaska üçün deyil, bütün ölkə üçün, gələcək nəsillər üçün saxlanmalıdır. Ağ Evin məlumatına görə, təşəbbüs körfəz sularının toxunulmazlığını qorumağa imkan verir.
Daha əvvəl isə prezident administrasiyasından bildirilmişdi ki, Bristol körfəzi və Berinq dənizinin akvatoriyasında, Aleut adalarından şimalda təxminən 2 milyard hektar ərazi neft və qaz layihələrinin icrası məqsədilə icarəyə veriləcək. Bunun üçün hərracın keçirilməsi planlaşdırılırdı.