ABŞ prezidenti Barak Obama bu həftə Rusiyaya qarşı yeni sanksiyalar paketini təsdiqləyəcək.
Teleqraf.com euronews.com-a istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
ABŞ əsas səbəb kimi Rusiyanın Ukrayna ilə bağlı siyasətində dəyişikliyinin olmamasını göstərir.
Rusiya xarici işlər naziri Sergey Lavrov isə sanksiyaların onları qorxutmadığını deyib:
“Sizi əmin edirəm ki, Rusiya nəinki sanksiyalardan xilas olacaq, hətta daha güclü bir dövlətə çevriləcək”.
Samir