“Taliban” terror təşkilatının Pakistanın Pişəvər şəhərində məktəbə hücum edərək 141 nəfəri öldürməsinə dünya liderləri tərəfindən sərt fikirlər səsləndirilib.
Teleqraf.com euronews.com-a istinadən xəbər verir ki, məsələ ilə bağlı ilk reaksiya ABŞ prezidenti Barak Obamadan gəlib. O, hücumu iyrənc və qəddar addım kimi qiymətləndirib.
Türkiyə baş naziri Əhməd Davudoğlu hadisə ilə əlaqədar Türkiyədə bir günlük yas elan ediləcəyini açıqlayıb.
Avropa Parlamenti başçısı Martin Şults isə deyib ki, bu insanlığa qarşı törədilmiş ən dəhşətli cinayətlərdən biridir: “Bizi ən çox heyrətə gətirən Talibanın uşaqları öldürərkən heç tərəddüd etməməsidir”.
Hücuma münasibət bildirən ABŞ xarici işlər naziri Con Kerri isə günahkarların qısa zaman ərzində cəzalandırılması olduğunu qeyd edib.
Xatırladaq ki, Taliban hücumu hökumət tərəfindən öldürülən qadın və uşaqlarının intiqamını almaq məqsədi ilə törədildiyini deyib.
Samir