17 Dekabr 2014 16:33
1 448
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə ər keçmiş həyat yoldaşı A.K-yə təcavüz etməkdə və onun rəfiqəsi S.K-nı da zorla evdə saxlamaq ittihamı olunub.

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, cütlük sentyabrın 11-də Kütahya Ailə Məhkəməsində razılaşması ilə boşanıb. Məlumata görə, boşanmadan bir həftə sonra Murat.K 18 sentyabrda keçmiş həyat yoldaşı A.K-ni paltar maşınının işlətməyi göstərməsi üçün evə çağırıb. A.K isə rəfiqəsi S.K ilə birlikdə keçmiş ərinin evinə gedib.

Murat, A.K-ni bıçaqla təhdid edərək ona təcavüz edib. S.K-nı isə zorla bir müddət evdə saxlayıb.

Hadisədən sonra Murat.K polis tərəfindən həbs olunub.

Kütahya Ağır Cəza Məhkəməsinin qərarı ilə Murat.K 25 il azadlıqdan məhrum edilib.

Rüstəm


Müəllif:

Oxşar xəbərlər