Əfqanıstanın cənubundakı Helmand şəhərində banka təşkil edilən hücumdan sonra terrorçularla təhlükəsizlik gücləri arasında qarşıdurma yaşanıb.
Teleqraf.com Türkiyə mediasına istinadən xəbər verir ki, bununla bağlı Helmand bölgəsinin sözçüsü Ömər Zvak açıqlama verib. Onun bildirib ki, “Taliban” terror təşkilatının təşkil etdiyi hücumda 7 nəfər ölüb, 7-si isə ağır yaralanıb.
Zvak hücumun 5 terrorçu tərəfindən törədildiyi və qarşıdurmanın 3 saat davam etdiyini açıqlayıb. O həmçinin əməliyyat zamanı bankdakı 23 şəxsin də xilas edildiyini bildirib.
Samir