İŞİD silahlıları media mənsublarına qarşı sərt, amansız davranmaqda davam edirlər. Belə ki, “İraq Şam İslam Dövləti” terror təşkilatının üzvləri Suriyada iki kürd jurnalisti girov götürüblər.
Teleqraf.com-un məlumatına görə, “Rudaw” telekanalının əməkdaşları Aqil Mərvan və Fərhad Hamo İraqla sərhəddə ələ keçiriliblər.
Telekanalın rəhbərliyi jurnalistlərin azad edilməsi tələbi ilə çıxış edib.
Qeyd edək ki, İŞİD nəzarətində olan ərazilərdə işləyən jurnalistlər üçün xüsusi qaydalar müəyyənləşdirib.