Teleqraf.com-un "İTAR-TASS"-a istinadən verdiyi məlumata görə, bu barədə agentliyə məsələnin detalları ilə ətraflı tanış olan ABŞ administrasiyasının rəsmi nümayəndəsi bildirib.
"Prezident Obama qanun layihəsini hələ ki imzalamayıb”, deyə mənbə bildirib.
Məlum olduğu kimi, bir qədər əvvəl ABŞ Dövlət Departamentinin sözçüsü Cen Psaki prezident Barak Obama tərəfindən Rusiyaya qarşı yeni sanksiyaların tətbiq edilməsi ilə bağlı qanun layihəsinin imzaladığını bildirmişdi. Onun sözlərinə görə, adıçəkilən qanun layihəsi Ukrayna hökumətinə silah-sursatın tədarükünü də nəzərdə tutur.