Bu gün – dekabrın 18-də Rusiya prezidenti Vladimir Putin hər il olduğu kimi ənənəvi mətbuat konfransı keçirəcək. Bu barədə yerli mətbuat məlumat yayıb.
Sayca 10-cu olan görüş bu dəfə ciddi maliyyə-iqtisadi problemlər fonunda baş tutacaq.
Dekabrın 16-da ABŞ dövlət katibi John Kerry deyib ki, Ukraynadakı fəaliyyətinə görə Rusiyaya qarşı sanksiyalar Putinin atacağı addımdan asılı olaraq yaxın günlər və ya həftələr ərzində aradan qaldırıla bilər.