İordaniya Ərəb ölkələrinin liqasında hazırlanan və 2017-ci ilin sonuna qədər Fələstin torpaqlarındakı İsrail işğalının sona çatmasını istəyən qərar layihəsini BMT Təhlükəsizlik Şurasına rəsmən təqdim edib.
Teleqraf.com “Anadolu” agentliyinə istinadən xəbər verir ki, təqdim edilən layihənin səsverməyə verilməsi üçün 24 saat keçməsi vacibdir. Ancaq bu da layihənin səsverməyə təqdim ediləcəyini anlamına gəlmir. Bu barədə qərar müzakirələrdən sonra açıqlanacaq.
Layihədə 1967-ci ildə Fələstin əraziləri kimi tanına torpaqların İsrail tərəfindən boşaldılması və müxtəqil Fələstin dövlətinin tanınması nəzərdə tutulub. Həmçinin burada İrail-Fələstin sülh danışıqlarının təmin edilməsi üçün beynəlxalq konfransın təşkilinin vacibliyi vurğulanır.
Samir