18 Dekabr 2014 12:01
1 726
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ və Kuba arasında diplomatik əlaqələrin 53 il sonra yenidən qurulmasının ardından Kuba prezidenti Raul Kastro ilk tələbini səsləndirib.

Teleqraf.com BBC-ə istinadən xəbər verir ki, o ABŞ hökumətindən Kubaya böyük ziyan verən embarqoları dayandırmağı istəyib.

Ancaq ABŞ-da embarqoların aradan qaldırılması layihəsini tək Ağ Ev deyil, ABŞ Konqresi də təsdiq etməlidir.

Qeyd edək ki, dekabrın 16-da ABŞ prezidenti Obama kubalı həmkarı ilə birlikdə iki ölkə arasında əlaqələrin normallaşması üçün bir sıra addımlar atıldığını açıqlayıb.

Samir


Müəllif:

Oxşar xəbərlər