Teleqraf.com-un “BBC”-yə istinadən verdiyi xəbərə görə, Ağ Evin məlumatına əsasən, buna baxmayaraq, ABŞ prezidentinin hələlik Rusiyaya qarşı yeni iqtisadi sanksiyalar dərhal tətbiq etmək niyyəti yoxdur.
ABŞ administrasiyasının nümayəndələrinin sözlərinə görə, Barak Obama Rusiyaya qarşı sanksiyaların tətbiqi məsələsində Avropa İttifaqı ilə razılaşdırılmış addımlar atmağa qərar verib.
Obamanın bəyanatında qeyd olunub ki, Vaşinqton Rusiyanın addımlarına və Ukraynadakı hadisələrin inkişafına cavab olaraq tətbiq ediləcək sanksiyaların korrektlə olunmasında Avropadakı müttəfiq və tərəfdaşları ilə əməkdaşlığı bundan sonra da davam etdirəcək.
Qeyd edək ki, Barak Obamanın təsdiqlədiyi qanun prezidentin üzərinə Rusiyanın müdafiə sənayesi müəssisələrinə qarşı məhdudiyyətlər tətbiq etmək öhdəliyi qoyur. Qanun həmçinin prezidentə sanksiyaları aradan qaldırmaq səlahiyyəti də verir (əgər bu milli təhlükəsizlik maraqlarına zidd deyilsə).
“Rusiya lazımi addımları atacağı təqdirdə biz Rusiyaya qarşı sanksiyaları aradan qaldırmağa hazırıq”, deyə ABŞ prezidentinin bəyanatında vurğulanıb.