19 Dekabr 2014 08:22
987
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ prezidenti Barak Obama Venesuelanın rəsmi şəxslərinə qarşı sanksiyaların tətbiq edilıməsi haqqında qanunu təsdiqləyib. Teleqraf.com-un “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, bu barədə Ağ Evin saytında dərc olunmuş məlumatda deyilir.

“Venesuelada 2014-cü ildə insan haqları və vətəndaş azadlıqlarının qorunması” adlı sənəddə insan haqlarının pozulması halları ilə əlaqəsi olan şəxslərə qarşı sanksiyaların tətbiq edilməsi bildirilir.

Qanuna əsasən, Venesuela məmurlarına ABŞ vizalarının verilməsinə qadağa qoyulub.

Venesuela prezidenti Nikolas Maduro Obamanın bu addımını ağılsızlıq adlandırıb.


Müəllif:

Oxşar xəbərlər