19 Dekabr 2014 09:03
824
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan paytaxtında yüzlərlə mikroavtobus sürücüsü maye qaz yanacağının bahalaşmasına etiraz edərək cümə axşamı xəttə çıxmayıb.

Teleqraf.com BBC-ə istinadən xəbər verir ki, mikroavtobus sürücüləri maye qaz yanacağına qiymətin kəskin şəkildə artmasından sonra zərərlə işlədiklərini deyirlər.

Son günlər Ermənistan dramının dəyərinin enməsi səbəbindən əsas istehlak mallarının qiyməti bəzi hallarda 40 faizədək, o cümlədən avtomobil yanacağı kimi istifadə edilən maye qazın qiyməti 20 faizədək artıb.

Sürücülər əvvəl 1 kub metri 190 drama aldıqları maye qaz üçün indi 230 dram verməlidirlər.

Çərşənbə günü axşam başlanan 5 marşrut üzrə işləyən sürücülərin tətilində bu gün ondan çox istiqamətlərdə sərnişin daşıyan mikroavtobus sürücüləri də qatılıb.

Sürücülər maşınların istismarına sərf etdikləri xərclərin artdığını, marşrut sahiblərinə gündəlik ödənişləri verə bilməyib hər gün 30-40 min dram borclu qaldıqlarını deyirlər.
Polis etiraz aksiyasının şəhər mərkəzində keçirilməsinə yol vermir. Yüzlərlə mikroavtobus paytaxtın mərkəzindən uzaq mikrorayonlarında cərgələrə düzülüb dayanır.

Marşrut sürücüləri qazın qiymətinin endirilməsini tələb edirlər.

Yerevan meriyası problemi həll etmək üçün şəhər nəqliyyatında gediş haqqının artırılmasını təklif edir.

Samir


Müəllif:

Oxşar xəbərlər