Nigeriyada “Boko Haram” terror təşkilatı 185 qadını qaçırdıb.
Teleqraf.com “Sabah” qəzetinə istinadən xəbər verir ki, hadisə ölkənin şimal-şərqindəki Gumskiri kəndində baş verib. Rəsmilər kənd camaatı ilə terrorçular arasında baş verən atışmada 35 nəfərin həyatını itirdiyini açıqlayıblar.
Yayılan məlumatlara görə, qaçırılanlar arasında azyaşlı uşaqlar da var.
Samir