Türkiyədə ata sevgilisinə görə oğlunu amansızlıqla qətlə yetirib.
Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbulda baş verən hadisə nəticəsində ata Ənvər Avcı 26 yaşlı oğlu Doğan Avcını öldürüb.
Polisin məlumatına görə, İstanbulda baş verən qətldən 5 gün sonra polisə zəng edən Ənvər "Oğlumu öldürdüm. Təslim olmaq istəyirəm" deyib.
Ev sahibinə zəng edən Ə.Avcı cəsədin orda olduğunu bildirib. Hadisə yerinə gələn polis 26 yaşlı Doğan Avcının çürüməyə başlayan cəsədini tapıb.
Polisə təslim olan Ə.Avcı ifadəsində "Birlikdə yaşadığım qadınla oğlumun evinə gəldik. Orada qalmağa başladıq. Evdə olmadığımdan istifadə edərək oğlum qadına təcavüz edib. Daha sonra da şantaj edərək birlikdə olmağa davam edib. Qadın olanları mənə danışandan sonra əsəbləşdim və sərt bir alətlə oğlumun başına vurmağa başladım. Həmin an yatırdı. Reaksiya belə verə bilmədi. Sonra da evdən çıxdıq" söyləyib.
Hadisə ilə bağlı cinayət işi açılıb.
Rüstəm