İstanbul məhkəməsi “Zaman” qəzetinin baş redaktoru Əkrəm Dumanlının azad edilməsi ilə bağlı qərar çıxarıb.
Bu barədə Trend “TRT Haber” telekanalına istinadən məlumat verir.
Telekanalın məlumatına görə, eyni zamanda, Ə.Dumanlının ölkəni tərk etməsinə qadağa qoyulub.
Həmçinin bildirilir ki, “Samanyolu” teleradio şirkətinin rəhbəri Hidayət Qaraca barəsində həbs qərarı çıxarılıb.