19 Dekabr 2014 16:47
945
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın İlam əyalətinin Murmuri şəhəri yaxınlığında Rixter cədvəli üzrə 4,2 bal gücündə zəlzələ baş verib.

Məlumata əsasən, zəlzələ yerli vaxtla saat 05:18 radələrində baş verib.

Hələlik dağıntılar və xəsarət alanlar barədə məlumat yoxdur.

Qeyd edək ki, cari ilin avqust ayında İranın qərbindəki İlam əyalətinin Murmuri şəhərində 6,2 bal gücündə zəlzələ baş vermişdi. Zəlzələ nəticəsində 260 nəfər xəsarət almışdı ki, onlardan 13 nəfərinin vəziyyəti ağır qiymətləndirilirdi. Məlumata əsasən, zəlzələ bölgəsində olan evlərin 50 faizi zərər çəkmişdi./trend/


Müəllif:

Oxşar xəbərlər