19 Dekabr 2014 17:03
1 175
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ankara məhkəməsi ABŞ-ın Pensilvaniya ştatında yaşayan Fətullah Gülən haqqında həbs qərarı çıxarıb.

Teleqraf.com “Sabah” qəzetinə istinadən xəbər verir ki, paralel struktur əməliyyatı çərçivəsində bu gün keçirilən məhkəmədə Fətullah Gülən terror təşkilatına liderlikdə günahlandırılıb.

Güləndən başqa dekabrın 14-də saxlanılan Hidayət Qaraca və 3 polis də məhkəmənin qərarı ilə həbs olunub.

Xatırladaq ki, keçirilən əməliyyat zamanı Türkiyə polisi nurçuların media orqanlarının bəzi rəhbərləri və əməkdaşlarını, eləcə də bu cərəyanın nümayəndələri olan bəzi keçmiş polis rəislərini saxlayıb.

Samir


Müəllif:

Oxşar xəbərlər