Suriyada müxalif qruplardan Əl- Nusra Cəbhəsinin Əsəd rejiminin İdlib çölündəki Vadi əd-Dayf qərargahına təşkil etdiyi basqın nəticəsində qaçmağa çalışan 400 əsgər öldürülüb, 200 nəfəri əsir alınıb.
Teleqraf.com-un "Anadolu" Agentliyinə istinadən məlumatına görə, əl- Nusra Cəbhəsinin sahə komandirlərindən Əbu Munzir əsirlərlə məhkəmənin qərarına uyğun olaraq rəftar ediləcəyini bildirib.