21 Dekabr 2014 08:18
1 070
12 Punto 14 Punto 16 Punto 18 Punto

2014-cü ildə Əfqanıstanda dinc sakinlər arasında münaqişə qurbanlarının sayı 3188 nəfər təşkil edib.

Teleqraf.com-un “İnterfaks”a istinadən verdiyi xəbərə görə, bu barədəBMT-nin Əfqanıstana yardım missiyasının hesabatında bildirilir. Məlumata görə, il ərzində 6429 dinc sakin yaralanıb. Hesabat 2014-cü ilin 11 ayını - yanvarın 1-dən noyabrın 30-dək dövrü əhatə edir.

BMT-də bu il ölən dinc sakinlərin sayının ötən ilki göstəricidən 19 faiz çox olduğunu bildiriblər. Qərb mətbuatı bu cür tendensiyanı NATO qüvvələrinin tədricən Əfqanıstandan çıxarılması və yerli təhlükəsizlik qüvvələrinin taliblərlə döyüşlərinin aktivləşdirilməsi ilə əlaqələndirir.


Müəllif:

Oxşar xəbərlər