Mərakeş kralı 6-cı Məhəmməd, həyat yoldaşı şahzadə Lalla Salma və uşaqları ilə birlikdə 3 hərbi təyyarə və iki xüsusi təyyarə ilə Türkiyəyə gəlib.
Teleqraf.com-un "Sabah"a istinadən xəbərinə görə, xüsusi dəvətlə İstanbula gələn kralı Atatürk hava limanında İstanbul valisinin köməkçisi Fevzi Günəş və digər səlahiyyətlilər qarşılayıb.
Kral 6-cı Məhəmməd daha sonra onu gözləyən avtomobillə hava limanından ayrılıb.
Kralın həyat yoldaşı şahzadə Lalla Salma da onu mşayiət edənlərlə axşam saatlarında başqa bir xüsusi təyyarə ilə Atatürk hava lımanına gəlib.
Kralın əşyaları 3 hərbi təyyarə ilə gəldi
51 yaşlı Mərakeş kralı 6-cı Məhəmmədin Türkiyə ziyarət üçün hazırlıqlar günlər əvvəl başlayıb. Kralın və ailəsinin əşyaları Mərakeş Hava Qüvvələrinə aid 3 hərbi təyyarə ilə 2 gün əvvəl İstanbula gətirilib.
Mərakeş kralının Türkiyə ziyarətinin məsədi haqqında isə məlumat verilməyib.
Nihad