Şimali Koreya ABŞ-ı onun ərazisində sərt hərbi əməliyyat keçirməklə hədələyib.
"Penhap" agentliyi hökumət rəsmilərinə istinadən xəbər verir ki, Şimali Koreya Sony-ə edilən haker hücumları ittihamına cavab olaraq ABŞ-da ağır hərbi əməliyyatlar keçirə bilər.
Qeyd edək ki, ABŞ-da "Sony Pictures Enterteynment" şirkəti istehsal olunan "Müsahibə" filminin müəllif hüquqlarını satmaq qərarına gəlib. Buna səbəb isə, şirkət rəhbərliyinin film yayımlanacağı təqdirdə terror hücumuna məruz qalacağına dair hədələrə məruz qalması olub. Filmin yayımları da xəbərdarlıqlarla əlaqədar təxirə salınıb.
Teleqraf.com-un məlumatına görə, komediya janrında çəkilən filmdə baş qəhrəmanlar Şimali Koreya lideri Kim Çen İnin qətl planını icra etməyə çalışırlar. "Sony Pictures" də məhz koreyalı hakerlər tərəfindən hədələndiyini güman edir.
Lakin Şimali Koreyanın xarici işlər nazirliyi hökumətin insidentlə əlaqədar olmadığına dair xəbər yayıb və buna dair dəlillərə malik olduğunu deyib. Rəsmi Pxenyan faktın birgə komissiya tərəfindən araşdırılmasını təklif edib.