Küçə ortasında yerə yıxılan və insanların yardım etməyə çalışdığı şəxsə qarşı edilən hərəkət sosial mediada narazılıqla qarşılanıb.
Tailandda baş verən hadisə zamanı yoldan keçən qadın huşsuz gəncə kömək üçün ürəyinə bir neçə təpik vurur. Ətrafdakıların narazılığından sonra qadın hadisə yerindən uzaqlaşdırılır.
Bundan sonra xəstəyə yaxınlaşan digər qadın isə onun sinəsinin üzərinə çıxır və tullanmağa başlayır.
Bütün olanlar mobil telefonun kamerası ilə lentə alınır.
Teleqraf.com həmin görüntüləri təqdim edir:
Samir