"Rusiyanı ABŞ deyil, Səudiyyə Ərəbistanı çökdürür"
"Rusiya iqtisadiyyatına ABŞ-ın tətbiq etdiyi sanksiyalar deyil, neftin qiymətinin düşməsi mənfi təsir göstərib".
Teleqraf.com-un xəbərinə görə, bu fikirləri CNN-ə müsahibəsində amerikalı senator Con Makkeyn deyib.
"Biz Səudiyyə Ərəbistanına təşəkkür etməliyik. Onlar neftin qiymətinin elə bir həddə qədər düşməsinə şərait yaratdılar ki, bu, Vladimir Putinin iqtisadiyyatına dramatik şəkildə təsir etdi"", - Makkeyn deyib.
"Lakin bunun ABŞ prezidentinin addımları ilə heç bir əlaqəsi yoxdur" - o, əlavə edib.
Onun fikrincə, ABŞ-ın Rusiyaya qarşı sanksiyaları az effektli olub.
Nihad