İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatı 145 döyüşçüsünü edam edib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, yayılan məlumatlarda onlardan 45 nəfərin Sincar məğlubiyyətinə görə edam edildiyi bildirilir. Qalan 100 nəfər isə İŞİD-dən ayrılaraq öz ölkələrinə dönmək istəyən şəxslər olub ki, onlar da Rakka şəhərində öldürülüb.
Çoxlu sayda xarici vətəndaşın İŞİD-dən qaçmaq istədikləri, lakin edam cəzası qorxusundan bu addımı atmadıqları bildirilir.
Samir