Fransanın Tours şəhərində naməlum şəxs polis bölməsinə hücum edib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, yayılan məlumatlarda şəxsin təkbir gətirərək bölmədə olan 3 polisə bıçaqla hücum etdiyi və onları yaraladığı bildirilir. Hadisədən sonra təcavüzkarın öldürüldüyü qeyd edilir.
Yerli mətbuat şəxsin fransız olduğunu və qardaşının bu yaxınlarda Suriyaya gedərək İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatına qoşulduğunu yazır.
Dijon şəhərində isə “Allahu Əkbər” deyə qışqıran sürücü maşını səkidə dayanan piyadaların üstünə sürüb.
Fransa mətbuatı hadisədə 11 nəfərin yaralandığını bildirib. Polislər sürücünün saxlanıldığını açıqlayıblar.
Şahidlərin sözlərinə görə, 40 yaşlı sürücü bu hərəkəti fələstinli uşaqlar üçün etdiyini bildirib.
Polis hər iki faktla bağlı araşdırmalara başlayıb.
Samir