Türkiyədə oxuyan bir qrup liviyalı tələbə təqaüdlərini almadıqlarını iddia edərək, öz ölkələrinin səfirliyinə yürüş edib.
Teleqraf.com Türkiyə mediasına istinadən xəbər verir ki, 100-ə yaxın tələbənin qatıldığı yürüşdə etirazçılar səfirlə görüşmək istəyiblər. Bu zaman təhlükəsizlik əməkdaşları ilə tələbələr arasında gərginlik yaşanıb.
Bölgəyə çoxlu sayda polis işçisi cəlb edildikdən sonra nümayişi dağıtmaq mümkün olub.
Samir