30 Dekabr 2022 13:02
873
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kiyev vilayətinə pilotsuz təyyarələrlə hücum nəticəsində heç bir infrastruktur obyekti vurulmayıb. Kiyev şəhərində isə “Şahid” mərmilərindən biri Xolosivski rayonundakı inzibati binaya düşüb.

Teleqraf.com-un xəbərinə görə, bu barədə Kiyev regional hərbi administrasiyasının rəhbəri Aleksey Kuleba məlumat verib.

Kuleba Rusiyanın Ukraynanın paytaxtına İren istehsalı dronlarla hücum etdiyini deyib.

“Rusiya növbəti dəfə infrastrukturumuzu hədəfə aldı. Hava Hücumundan Müdafiə Qüvvələri pilotsuz təyyarələrin zərbələrini dəf edib”, - o bildirib.

Kiyev Şəhər Hərbi Administrasiyasının (KMVA) məlumatına görə, gecə saatlarında “Şahid” mərmilərindən biri Kiyevdə Xolosivski rayonunda inzibati binaya düşüb, nəticədə qismən sıradan çıxıb.

Yaxınlıqdakı yaşayış binasının şüşələri zədələnib, zərərçəkənlər barədə məlumat daxil olmayıb.

KMVA rəhbəri Sergey Popko deyib ki, ruslar gecə ərzində Ukraynanın paytaxtına kütləvi hava hücumları həyata keçirməyə davam edib:

“Dünən təcavüzkara nəticə verməyən raket hücumundan sonra paytaxt bu gecə İranın “Şahid” PUA-larının hücumuna tab gətirdi. Kiyevin hava məkanında düşmənin 5 pilotsuz uçan aparatı qeydə alınıb. Hava hücumundan müdafiə qüvvələri bütün hədəfləri məhv edib”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər