22 Dekabr 2014 19:48
944
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gələn il Rusiyada inflyasiya 12-15 faizə çata bilər.

Teleqraf.com BBC-ə istinadən xəbər verir ki, bunu Rusiyanın keçmiş maliyyə naziri Aleksey Kudrin deyib. Onun sözlərinə görə, Rusiya ikirəqəmli inflyasiyaya doğru sürətlə irəliləyir. Kudrin eyni zamanda bazar sabitləşdikcə inflyasiyanın qiymətlərə təsirinin zəifləyəcəyini də vurğulayıb.

Onun proqnozuna görə, 2015-ci ildə Rusiyada inflyasiya 12-15 faiz təşkil edə bilər, ümumi daxili məhsul (ÜDM) isə 2-4 faiz azalacaq.

Keçmiş Maliyyə nazirinin hesablamalarına görə görə, neftin 1 barelinin qiymətinin 100 dollardan 80 dollara düşməsi Rusiya ÜDM-nin 2 faiz azalması, neftin qiymətinin 60 dollara düşməsi isə ÜDM-in 4 faiz azalması deməkdir.

Kudrinin qeyd edir ki, ölkədəki böhranlı vəziyyət əhalinin həyat səviyyəsinin düşməsinə və etirazların artmasına səbəb olacaq. Lakin eks-nazir əlavə edib ki, bütün bunlara baxmayaraq, dövlət institutları fəaliyyətini əvvəlki rejimdə davam etdirə biləcək.

Samir


Müəllif:

Oxşar xəbərlər