30 Dekabr 2022 14:37
816
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın keçmiş birinci xanımı Mişel Obama həyat yoldaşı, eks-prezident Barak Obama ilə evliliyindən danışıb.

Teleqraf.com xəbər verir ki, Mişel bu evliliyin bir müddət ciddi zədə görüdüyünü bildirib.

İki qızının kiçik olduğu və Barak Obamanın siyasətdə yüksəlişi zamanı evliliklərində çətinlik çəkdiklərini açıqlayan 58 yaşlı keçmiş birinci xanım uşaq böyütməyin cütlük olaraq həyatlarına mənfi təsir etdiyini deyib:

“Bunu deyəndə insanlar mənim xain olduğumu düşünürdülər. Amma on illik bir dövr oldu ki, həyat yoldaşıma dözə bilmədim. Təsəvvür edin, bu nə vaxt olmuşdu? Uşaqlarımızın kiçik olduğu illərdə”.

Mişel Obama karyeralarını qurmağa çalışdıqları zaman uşaq baxımı ilə çox yükləndiyini söyləyib: “Bunun ədalətli olmadığını düşündüm. Mənim 70, onun isə 30 yaşında olduğumuz zamanda baş verdi...”

Obama cütlüyünün indi 20 yaşlarında Saşa və Maliya adlı iki qızı var.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər