30 Dekabr 2022 17:49
626
12 Punto 14 Punto 16 Punto 18 Punto

İngiltərədə sentyabr ayından bəri “Strep A” epidemiyasından ölənlərin sayı 122-yə çatıb.

Teleqraf.com xəbər verir ki, bunu İngiltərə Sağlamlıq Təhlükəsizliyi Agentliyi açıqlayıb.

Məlumata görə, sentyabrdan indiyədək Böyük Britaniyada 18 yaşınadək ən azı 30 uşaq "Strep A" bakteriyasının yaratdığı infeksiyaya görə ölüb.

2017-2018-ci illər ərzində 27-si 18 yaşdan aşağı olmaqla 355 nəfər “Strep A” bakteriyasından dünyasını dəyişib.

Agentlik artımın cəmiyyətdə bakteriyaların yüksək dövriyyəsi ilə bağlı olduğunu təxmin edir.

“Strep A” bakteriyası insanların boğazına və dərisinə yerləşir, tez-tez soyuqdəymə və boğaz şişkinliyinə səbəb olur.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər