31 Dekabr 2022 10:31
766
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Xerson vilayətində 200-ə yaxın Rusiya hərbçisinin məhv edilməsi haqda məlumatı təsdiqləyib.

Teleqraf.com xəbər verir ki, vilayətin Kaxovski rayonunun Fedorivka ərazisində 200-ə yaxın rus hərbçisi məhv edilib, yaralılar barədə məlumat dəqiqləşdirilir.

Bundan əlavə, Zaporoje vilayətinin Pologiv və Velika Bilozerka əraziləri yaxınlığında Rusiyanın 115 hərbçisi yaralanıb, 5 ədəd müxtəlif təyinatlı hərbi texnika, zenit-raket kompleksi və sursat anbarı məhv edilib.

“Müdafiə Qüvvələrinin aviasiyası gün ərzində düşmənin cəmləşdiyi rayonlara 10, o cümlədən zenit-raket komplekslərinin mövqelərinə 3 zərbə endirib. Düşmənin “Orlan-10” kəşfiyyat PUA-sı vurulub” – məlumatda deyilir.

Ukrayna ordusunun raket qoşunlarının və artilleriya bölmələri Rusiyanın komanda məntəqəsini, canlı qüvvə və hərbi texnikasının cəmləşdiyi 7 ərazini, 5 silah-sursat anbarını, həmçinin 2 radiolokasiya stansiyasını da vurub.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər