31 Dekabr 2022 20:27
2 720
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) sözçüsü Ramazan Şərif rejimə qarşı nümayişlərdən və “ölkəsinə hərbi təhdid”lərdən danışıb.

Teleqraf.com xəbər verir ki, Şərif Məhsa Əminin polis tərəfindən qətlə yetirilməsindən sonra başlayan nümayişləri “düşmən qiyamı” adlandırıb.

“Komala”, “Xalq Münafiqləri”, “Ceyşül Ədl” və digər terror təşkilatları ölkədə qarışıqlıq və xaos yaratmağa çalışırlar. İranın 44 illik paytaxtını dağıtmaq və ölkəni parçalamaq məqsədi güdürlər. Digər tərəfdən, Qərb dövlətləri qiyamı dəstəkləyir. Almaniya kansleri İranın tanınmış futbolçusu ilə görüşərək guya İranı azad edəcəyini düşünür. Yenə də Fransa prezidenti iranlı jurnalistlə görüşmək və ölkəyə azadlıq gətirmək arzusundadır. Düşmənlərimiz belə acizdirlər”, - SEPAH sözçüsü bildirib.

İranın Yaxın Şərqdə ABŞ və İsraillə üz-üzə qaldığını və bu ölkələrlə döyüşdüyünü vurğulayan Şərif ölkəsinin hərbi potensialının inkişaf etdiyini və bunun Amerika üçün təhlükə olduğunu deyib.

Onun sözlərinə görə, heç bir ölkənin İrana hərbi müdaxilə etməyə cürəti çatmaz: “Ən kiçik səhvdə işğalçı sionist İsrail rejimini məhv edəcəyik”.

Ramazan Şərif İranın Rusiyaya dron satması ilə bağlı məlumatların da doğru olmadığını iddia edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər