31 Dekabr 2022 21:00
19 252
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Baxmut bir şəhər kimi artıq mövcud deyil, müəyyən əraziləri bərpa etmək mümkünsüzdür, işğalçıların hücum potensialı tükənməyib”.

Teleqraf.com xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kiril Budanov deyib.

“Orada hərbi vəziyyət fəlakətli deyil, şəhərin özü fəlakətin içindədir. Məncə, artıq şəhər mövcud deyil. Müəyyən əraziləri bərpa etmək mümkünsüzdür. İşğalçılar tamamilə dağıdıblar, bütün şəhəri yaşayış üçün yararsız hala salıblar”, - ölkənin baş kəşfiyyatçısı bildirib.

Bundan başqa, Budanov Rusiya ordusunun Baxmut istiqamətində ciddi itkilər verdiyini söyləyib.

Ukrayna rəsmisi Rusiyanın hücum potensialının tükənmədiyini də vurğulayıb:

“Bəli, tükənmir. Daim yeni insanlar çağırırlar. Dalğalarla tələsirlər. Dalğalar gəlir, kəsilir, sonra yenə gəlirlər. Rusiyanın önəmli səfərbərlik resursu var”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər