23 Dekabr 2014 02:17
773
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Tunisdə prezident seçkilərində qalib gələn Beji Kaida əs-Sebsini təbrik edib.

Teleqraf.com-un TASS-a istinadən xəbərinə görə, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Mari Xarf gündəlik brifinqdə bildirib.

Bundan öncə prezident Barak Obama da əs-Sebsini təbrik edib: "ABŞ yeni seçilən prezident Beji Kaida əs-Sebsi və Tunis hökuməti ilə sıx əməkdaşlığa ümid edir. Vaşinqton gələcəkdə Tunis xalqı ilə strateji tərəfdaşlığı genişləndirmək və gücləndirmək niyyətindədir".

Tunisdə dekabrın 21-də keçirilən prezident seçkilərində "Nidaa Tunis" ("Tunisin səsi") partiyasının lideri Beji Kaida əs-Sebsi 55,68 % səslə qalib gəlib. Onun rəqibi - hazırkı müvəqqəti prezident Monsef Marzuki seçicilərin 44,32 %-nin səsini qazanıb.

Nihad


Müəllif:

Oxşar xəbərlər