23 Dekabr 2014 06:27
839
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ prezidenti Barak Obama gələn ilin mayında Moskvada Böyük Vətən müharibəsində Qələbənin 70 illiyinə həsr olunmuş bayramda iştirak etməkdən imtina etməyib.

Teleqraf.com-un İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Ağ Evin Rusiya üzrə baş müşaviri Selest Uollander bəyan edib.

“Dəvət rədd edilməyib, məsələyə baxılır. Bu barədə qərarın nə vaxt veriləcəyi hələ dəqiq məlum deyil”, deyə müşavir bildirib.

Bundan əvvəl ABŞ administrasiyasının Milli Təhlükəsizlik Şurasının nümayəndəsi Mark Strox yaxın gələcəkdə prezident Obamanın Rusiyaya səfər etməyi planlaşdırmadığını bildirmişdi.

Məlum olduğu kimi, rəsmi Moskva Obamanı Böyük Vətən müharibəsində Qələbənin 70 illiyinə həsr olunmuş bayramda iştirak etməyə dəvət edib.


Müəllif:

Oxşar xəbərlər