Teleqraf.com-un “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, hadisə ilə bağlı işi aparan prokuror bəyan edib ki, keçmiş asayiş keşikçisi öz vəzifə səlahiyyətini aşmayıb.
Məlum olduğu kimi, Kristofer Menni qaradərili Dronte Qamiltonu Miluoki şəhər parkında yatmış vəziyyətdə aşkar edib. Yuxudan oyanan Qamilton polis əməkdaşına hücum edib. Cavab olaraq Kristofer Menni qaradəriliyə 14 dəfə atəş açaraq öldürüb.
İstintaq zamanı Dronte Qamiltonun şizofreniyadan əziyyət çəkdiyi müəyyən edilib. İnsidentdən sonra polis zabiti Kristofer Menni xidmətdən qovulub.