4 Yanvar 2023 21:21
565
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniyanın Baş naziri Rişi Sunak 2023-cü illə bağlı maraqlı açıqlamalar verib. O ölkədəki inflyasiyanı iki dəfə azaldacağını bildirib.

Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, Sunak bu il qanunsuz miqrantlarla bağlı yeni qanunlar qəbul ediləcəyini bildirib. Bu hazırda yaranmış miqrant problemini həll edəcək.

Onun sözlərinə görə, hakim Mühafizəkarlar Partiyasının əsas diqqət mərkəzində iqtisadiyyatın inkişafı, dövlət borcunun azaldılması, Milli Səhiyyə Sisteminin fəaliyyətinin yaxşılaşdırılması, həmçinin qanunvericiliyə dəyişikliklərin edilməsi olacaq.

Xatırladaq ki, ötən ilin noyabrında Britaniyada son 40 ildə rekord göstərici qeydə alınıb. Beləki, ölkənin illik inflyasiyası 10,7% təşkil edib.


Müəllif: Teleqraf.com