5 Yanvar 2023 08:16
514
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerikanın "McDonald's" şirkəti Qazaxıstanı tərk etmək niyyətindədir.

Teleqraf.com xəbər verir ki, bu barədə "Bloomberg" nəşri məlumat yayıb.

Onların fikrincə, respublikada Amerika "fəst-fud" restoranları şəbəkəsinin bağlanmasının əsas səbəblərindən biri ərzaq təchizatında yaranan fasilələrdir.

Rusiya Federasiyasının Ukraynada xüsusi hərbi əməliyyatı başlayandan sonra "McDonald's" rəhbərliyi "24 McDonald's" restoranının sahibi olan yerli "Food Solutions KZ LLP" şirkətinə Rusiyada ət kotletləri almağı qadağan edib.

Qazaxıstan şirkətinin rəhbərliyi tədarük zəncirini yenidən qura bilməyib, çünki məhsulların Avropa ölkələrində alınması və daha yüksək qiymətə çatdırılması Qazaxıstanda restoranların zərərlə işləməsinə səbəb olacaq.

Məlumatda həmçinin bildirilir ki, şəbəkənin respublikadakı restoranlarının işini gərginləşdirən digər məsələ isə Qazaxıstan, Belarus və Rusiyanın bəzi regionlarında McDonald's franşizasının sahibi Kayrat Boranbayevin həbsdə olmasıdır.


Müəllif: Pərvin Cəfərova