5 Yanvar 2023 13:30
1 513
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kiril Budanov Rusiya Prezidenti Vladimir Putinin ölümü ilə müharibənin bitəcəyini söyləyib.

Teleqraf.com xəbər verir ki, ölkənin baş kəşfiyyatçısı Rusiya liderinin xərçəng xəstəsi olduğunu iddia edib.

“Uzun müddətdir, çox uzun müddətdir ki, xəstədir. Xərçəng xəstəsidir. Biz bunu mənbələrdən bilirik”, - Budanov jurnalistin Putinin xəstə olub-olmaması ilə bağlı sualını cavablandırarkən deyib.

İdarə rəisi Rusiya prezidentinin nə vaxt ölə biləcəyi ilə bağlı suala da cavab verib:

“Bunun çox tezliklə olacağını düşünürəm. Ümid edirəm, hətta əminəm ki, müharibə Putinin ölümünə qədər bitməlidir”.


Müəllif: Mənsur Rəğbətoğlu