6 Yanvar 2023 10:50
718
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Şarl Mişel Rusiya Prezidenti Vladimir Putinin Milad bayramı ilə əlaqədar müvəqqəti atəşkəs elan etməsinə münasibət bildirib.

Teleqraf.com xəbər verir ki, Aİ rəhbəri Rusiyanı saxtakarlıqda ittiham edib.

Kremli təcavüzkar, Ukrayna xalqını isə qurban kimi qiymətləndirən Mişel sülh və təhlükəsizliyin bərqərar olması üçün yeganə əlverişli variantın Rusiya qoşunlarının Ukraynadan çıxarılması olacağını deyib.

“Birtərəfli atəşkəs elanı qanunsuz və çirkin ilhaqlar, onları müşayiət edən referendumlar qədər saxta və ikiüzlüdür”, - Aİ rəhbəri söyləyib.

Putin Rusiya Müdafiə Nazirliyinə Milad bayramı münasibətilə yanvarın 6-da saat 12:00-dan etibarən 36 saatlıq atəşkəs tətbiq etməyi əmr edib.


Müəllif: Mənsur Rəğbətoğlu