Oxşar xəbərlər
Antalyanın Kumluca rayonunda ictimaiyyətə xitab edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə arasındakı dialoqdan danışıb.
Teleqraf.com xəbər verir ki, Ərdoğan pomidor ixracatı ilə bağlı maraqlı məqama toxunub.
"Cənab Putinə dedim ki, bizim Kumlucamız var. Bu yerin özəlliyi var, az qala pomidorun vətəni kimidir, məni kumlucalılara utandırmayın...Sağ olsun, xahişimizi nəzərə aldı".
Türkiyə prezidenti zaman-zaman fasilələr olsa da, pomidor ixracının qaydaya düşdüyünü qeyd edib.