12 Yanvar 2023 12:20
818
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Vaqner”in uğurları Rusiya ordusunu fərqli, daha müasir döyüşməyə məcbur edir”.

Teleqraf.com xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Markov deyib.

“General Surovikini xüsusi əməliyyat qüvvələrinin komandanı olaraq general Gerasimov əvəz etdi. Bu, Şoyqunun əmri ilə baş verdi. Bu, əvvəl dediyim məsələdir: generalların yeri dəyişdirilir – cəbhədən qərargaha, qərargahdan cəbhəyə. Nə Surovikin, nə də Gerasimov cəzalandırılır. Hamısı bir komandadır. Əlbəttə ki, həmişə peşəkarlar arasında rəqabət olur”, - ekspert bildirib.

Markov baş qərargah rəisi Valeri Gerasimovla “Vaqner” qrupunun rəhbəri Yevgeni Priqojin arasındakı rəqabətə də diqqət çəkib:

“Gerasimovun xüsusi əməliyyat qüvvələrinin komandanı təyin edilməsi “Vaqner”in uğuru sayəsində baş verdi. Bu döyüşlərdə “Vaqner”in effektivliyi adi qoşunların effektivliyindən qat-qat yüksək oldu. “Vaqner”in yüksək səmərəliliyinin əsas səbəblərindən biri bürokratiyanın olmaması, operativ idarəetmədir.

İndi isə Müdafiə Nazirliyi nəticə çıxardı. Beləliklə, Gerasimov xüsusi əməliyyat qüvvələrinin komandanı təyin edilməsinə baxmayaraq, Surovikin bu qüvvələrin faktiki rəhbəri olaraq qalır, cəbhədə, Rostovda olacaq.

Gerasimov Moskvada baş qərargahda oturacaq. Quru Qoşunlarının rəhbəri də Moskvada olacaq. Çünki orada çox işləri var.

Bürokratik əmrlərin keçidi pillələri kəskin şəkildə azalır. Çünki xüsusi əməliyyat qüvvələri rəhbərinin səviyyəsi və səlahiyyətləri kəskin şəkildə yüksəlir.

Müdafiə Nazirliyi ümid edir ki, bu, orduya qərar qəbuletmə sürətini kəskin şəkildə artırmağa imkan verəcək.

Beləliklə, “Vaqner” və Priqojinin uğurları rus ordusunu fərqli, daha müasir döyüşməyə məcbur edir. Bu doğrudur”.


Müəllif: Mənsur Rəğbətoğlu