Türkiyənin Manisa şəhərinin Soma rayonunda baş verən mədən faciəsində həyatını itirən işçilərin ailələri üçün 301 ev inşa ediləcək.
Teleqraf.com “Sabah” qəzetinə istinadən xəbər verir ki, 450 gün müddətində davam edəcək inşa işlərini Türkiyə Baş naziri yanında fəaliyyət göstərən mənzil idarəsi həyata keçirəcək.
Buna əsas səbəb kimi, faciədən sonra aparılan araşdırmalar zamanı həyatını itirən işçilərin və ailələrinin ən böyük problemlərindən birinin mənzil sarıdan korluq çəkməsi göstərilir.
Samir