14 Yanvar 2023 19:39
3 396
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Türkiyəyə F-16 qırıcıları satmağa hazırlaşır.

Teleqraf.com xəbər verir ki, ABŞ Dövlət Departamentinin yaxın günlərdə Türkiyəyə F-16-ların satışı ilə bağlı qərarı təsdiqləmələri üçün müvafiq layihəni Nümayəndələr Palatası və Senata göndərəcəyi bildirilib.

Xəbər yunan və erməni lobbisini narahat edib. Azərbaycan və Türkiyəyə qarşı düşmənçiliyi ilə tanınan Senatın komitə sədri Bob Menendez F-16-ların Türkiyəyə satışını əngəlləmək üçün hərəkətə keçib.

“Politico” yunan və ermənilərin lobbiçiliyini edən Menendezin F-16-nın satışını əngəlləyəcəyinə and içdiyini yazıb.

Nəşr F-35 qırıcılarının Yunanıstana satışı ilə Menendezin etirazlarının qarşısının alınacağına inanıldığını iddia edib.

“Bayden administrasiyasının Türkiyəyə yeni F-16 təyyarələri satmaq təklifinə qəti şəkildə qarşıyam”, - Memendez deyib.

Ermənipərəst senator Prezident Rəcəb Tayyib Ərdoğana qarşı hədsiz ittihamlar da səsləndirib:

“Ərdoğan təhdidlərini dayandırmayınca, ölkədə insan haqlarının durmunu yaxşılaşdırana, o cümlədən jurnalistləri və siyasi müxalifəti azad edənə və etibarlı müttəfiq kimi fəaliyyət göstərməyə başlayana qədər bu satışı tədiqləməyəcəm”.


Müəllif: Mənsur Rəğbətoğlu