15 Yanvar 2023 08:05
1 128
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya hərbçilərinin Ukraynanın Dnepr şəhərinin rayonlarından birində hündürmərtəbəli binaya raket hücumu nəticəsində ölənlərin sayı 14-ə çatıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Dnepropetrovsk Vilayət Hərbi Administrasiyasının rəhbəri Valentin Rezniçenko Teleqramda qeyd edib.

"Xilasedicilər dağıntılar altından 38 nəfəri çıxarıb. Axtarış əməliyyatı davam etdirilir"

***

Yanvarın 14-də Dneprdə çoxmərtəbəli binanın rus hərbçiləri tərəfindən atəşə tutulması nəticəsində azı 9 nəfər həlak olub.

Teleqraf.com "UNİAN"a istinadən xəbər verir ki, Dnepropetrovsk Regional Hərbi Administrasiyasının sədri Valentin Rezniçenko Teleqramda yazıb.

"Artıq 9 ölü, onların arasında 15 yaşlı qız... Və 64 yaralı - 59-u xəstəxanaya yerləşdirilib, qalanları evlərində müalicə olunur. Rusiya raketi onlarla Dnepr ailəsini kədərləndirdi. Haqq-hesab vaxtı gələcək. ”

Məlumatlara görə, hündürmərtəbəli binanın dağıntıları altından 6-sı uşaq olmaqla 35 nəfər xilas edilib. Axtarış-xilasetmə əməliyyatı davam edir.

***

21:25

Rusiya hərbçilərinin Dneprdə çoxmərtəbəli binaya hücumu nəticəsində 39 insan yaralanıb, onlardan yeddisi uşaqdır.

Teleqraf.com "UNİAN"a istinadən xəbər verir ki, bu barədə Dnepropetrovsk Regional Hərbi Administrasiyasının sədri Valentin Rezniçenko Teleqramda yazıb.

"Bu gün Dneprə düşən Rusiya raketi 7 uşağı yaralayıb. Ən kiçiyinin üç yaşı var. Uşaqların hamısı xəstəxanadadır. 9 yaşlı qızın vəziyyəti ağırdır. Artıq ümumilikdə 39 yaralı var. Ruslar 5 nəfərin həyatına son qoydular”.

***

20:28

Rusiya hərbçiləri Dnepr şəhərində yaşayış binasına raket zərbəsi endiriblər.

Teleqraf.com "UNİAN"a istinadən xəbər verir ki, bu barədə Dnepr meri Boris Filatov bildirib.

Onun sözlərinə görə, hücum nəticəsində bütün rayonun enerjisi tamamilə kəsilib və həyati təminat sistemləri ilə əlaqəsi kəsilib. Bundan əlavə, şəhərdə rabitə zəifdir.

"Rabitə zəifdir. Biz bütün gecə dağıntıları təmizləyəcəyik. Təfərrüatlar daha sonra veriləcək", o yazıb.

Yaşayış binasının vurulması nəticəsində ikisi uşaq olmaqla 10 nəfər xəsarət alıb. Zərərçəkənlərdən üçünün vəziyyəti ağırdır.


Müəllif: Pərvin Cəfərova