16 Yanvar 2023 10:20
1 392
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaxın altı ayda Kreml təşəbbüsü döyüş meydanına qaytarmağa və Ukraynanın uğur seriyasına son qoymağa çalışacaq.

Teleqraf.com xəbər verir ki, bu barədə Amerika Müharibə Araşdırmaları İnstitutunun (ISW) analitiklərinin hesabatında qeyd edilir.

Bildirilir ki, Rusiya son 11 ay ərzində Ukraynada əsas əməliyyat məqsədlərinin əksəriyyətinə nail ola bilməyib, lakin buna baxmayaraq, Ukrayna ərazisinin böyük hissəsini ələ keçirmək istəyindən əl çəkməyib:

“Rusiya qoşunları Kiyevi, eləcə də Donetsk və Luqansk vilayətlərini ələ keçirə bilmədi, eləcə də Xarkov vilayətində və ya strateji əhəmiyyətli Xerson şəhərində əldə etdikləri nailiyyətləri saxlaya bilməyib. Ordu və Sergey Surovikin Ukraynanın kritik infrastrukturunu hədəflədi, amma Kremlin nəzərdə tutduğu əməliyyat nəticələri və ya Ukrayna cəmiyyətinin demoralizasiyası baş vermədi. Rusiyanın döyüş meydanında məğlubiyyətinə baxmayaraq Putin müharibədəki məqsədlərini dəyişməsə də, onun Rusiyanın müharibəyə yanaşmasının fundamental aspektlərini dəyişdirərək bir sıra yeni səylər tətbiq etdiyinə dair sübutlar var.

Rusiya Federasiyasının son qərarları onun yaxın altı ayda qətiyyətli addımlar atmaq niyyətindən xəbər verir. Xüsusilə, Kreml Ukraynaya qarşı müharibə aparmaq üçün həm qısamüddətli, həm də uzunmüddətli qüvvələr yaratmaq səylərini gücləndirir.

Putin və Rusiya Müdafiə Nazirliyi yeni diviziyaların yaradılması, Rusiyanın qərbində 2010-cu ilə qədər qüvvədə olan hərbi dairələrin bərpası və çağırış yaşının artırılması yolu ilə şərti Rusiya ordusunu kəskin şəkildə genişləndirmək planlarını açıqlayıb.

Bundan əlavə, Rusiya hərbi-sənaye bazasını bərpa etməyə çalışır. Putin tədarük məsələlərini açıq şəkildə etiraf edib və Rusiya hakimiyyətinin müharibə səylərini dəstəkləmək üçün müdafiə sənayesini milliləşdirə biləcəyi müzakirə olunur.

Putinin Ukraynadakı hərbi əməliyyatlara nəzarəti yenidən mərkəzləşdirdiyinə dair sübutlar da var. Bu arada informasiya məkanında müharibəyə dəstək artır. Xüsusilə, müstəqil Ukraynanın mövcudluğunun Rusiyanın suverenliyini və mədəniyyətini təhdid etdiyi, ona görə də Rusiyanın özünümüdafiə yoluna getməsi barədə rəvayətlər bərpa olunur”.


Müəllif: Nemət