16 Yanvar 2023 11:00
3 540
12 Punto 14 Punto 16 Punto 18 Punto

1971-ci ildən İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumu (WEF) öz işinə başlayır.

Teleqraf.com xəbər verir ki, WEF-in təsisçisi Klaus Şvab açıqlamasında qlobal və milli səviyyədə artan parçalanmanın inamın aşınması ilə birləşdiyini deyərək, forumun builki mövzusunun “Parçalanmış dünyada əməkdaşlıq” olduğunu açıqlayıb.

Yanvarın 20-dək davam edəcək forum çərçivəsində 130 ölkədən 50-si dövlət və hökumət başçısı olmaqla 2700-dən çox iştirakçı bir araya gələcək.

Forumda iqlim dəyişikliyi, inflyasiya, ərzaq təhlükəsizliyi, aclıq, terror və Rusiya-Ukrayna müharibəsi, enerji və əmək kimi bir çox mövzu müzakirə olunacaq. Bu il 53-cü dəfə keçirilən forumda dünyanın üzləşdiyi problemlərin həlli üçün çözüm yolları müzakirə olunacaq.

Türkiyə rəsmi səviyyədə sammitdə iştirak etməsə də, bir sıra iş adamları qatılacaq. Rusiyanın isə foruma qatılması qadağan edilib. Amma müxtəlif ölkələrdə çalışan Rusiya vətəndaşları iştirak edə biləcək.

Foruma qatılacaq isimlər arasında Avropa Mərkəzi Bank, Avropa İttifaqı (Aİ) Komissiyası, Aİ Parlamenti (AP), Avstriya, Almaniya, Belçika, Bolqarıstan, Xorvatiya, İraq, İsrail, Polşa, Finlandiya, İspaniya, Azərbaycan, Hollandiya, Serbiya, Cənubi Koreya, CAR və digər dövlətlərin başçıları qatılacaq.


Müəllif: Mənsur Rəğbətoğlu