16 Yanvar 2023 10:30
420
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya ordusu son sutka ərzində Ukraynaya iki raket zərbəsi endirib və çoxsaylı buraxılış raket sistemlərindən 55-dən çox hücum həyata keçirib.

Teleqraf. com xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının səhər xülasəsində rusların mülki infrastruktura zərbələr endirdiyi açıqlanıb.

“Son sutka ərzində düşmən 2 raket zərbəsi endirib və çoxsaylı reaktiv yaylım atəş sistemlərindən, xüsusən də Zaporojye, Dnepropetrovsk və Xerson vilayətlərinin mülki infrastrukturuna 55-dən çox hücum həyata keçirib. Hava və raket zərbələri təhlükəsi hələ də davam edir.

Gecə saatlarında rus ordusu Zaporojyeni və onun ətraf rayonlarını atəşə tutub. Mülki, yaşayış və sənaye infrastrukturu dağılıb. Hücum nəticəsində 9 və 15 yaşlı uşaqlar daxil olmaqla 2 nəfər yaralanıb" - məlumatda qeyd edilib.


Müəllif: Nemət