23 Dekabr 2014 17:45
885
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gün Şimali Koreyada internet kəsilib.

Axşam saatlarıda internet düz 9 saat 31 dəqiqə olmayıb.

Hadisədən sonra "Lizard Squad” adlı tanınmış haker qrupu internetin onlar tərəfindnə kəsildiyini bildiriblər.

Qeyd edək ki, Şimali Koreyanın internet “China Unicorn” adlı Çin şirkəti tərəfindnə təmin olunur. Ölkədə 1024 internet İP-si fəaliyyət göstərir. Bağlantı zamanı bütün İP-lər həminşirkət tərəfindən vahid kodla idarə olunur. Bu o deməkdir ki, əgər “China Unicorn” şirkəti mütəxəssisləri istərlərsə, bir düyməni basmaqla Şimali Koreyanın internetini bağlaya bilərlər.

Şimali Koreya mütəxəssisləri isə dünənki hadisənin ABŞ-ın Sony şirkətinin hakerləri tərəfindnə törədildiyindən şübhələndiklərini bildirmişdilər. ABŞ prezidenti Barak Obama isə məsələyə münasibət bildirməkdən imtina etmişdi. O, şübhələrin təsdiqləndikdən sonra açıqlama verə biləcəyini bildirmişdi./anspress/


Müəllif:

Oxşar xəbərlər